Ağdam rayon sakini X. Mirzalıyev fevral ayının 13-də Bərdə RPŞ-yə ərizə ilə müraciətində özünə qarşı zor tətbiq edilərək 197 manat pulunun soyğunçuluq yolu ilə ələ keçirildiyi barədə məlumat verib.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan "Report"a bildirilib ki, məlumatla əlaqədar polis əməkdaşları tərəfindən müvafiq tədbirlər görülüb.
Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən soyğunçuluq əməlini törətməkdə şübhəli bilinən Bərdə şəhər sakini Rüfət Muxtarov və Şuşa şəhər sakini Vilayət Şadmanov saxlanılıb. Saxlanılan hər iki şəxs törətdiyi cinayət əməlini etiraf edib.
Faktla bağlı Bərdə RPŞ-də cinayəti işi başlanılıb, araşdırmalar aparılır.