Bərdədə yanğın təhlükəsizliyi qaydalarının pozulduğu bazarın fəaliyyəti dayandırılıb

Bərdədə yanğın təhlükəsizliyi qaydalarının pozulduğu bazarın fəaliyyəti dayandırılıb Bərdədə bazarın fəaliyyəti müvəqqəti dayandırılıb.
Hadisə
23 İyul , 2023 08:58
Bərdədə yanğın təhlükəsizliyi qaydalarının pozulduğu bazarın fəaliyyəti dayandırılıb

Bərdədə bazarın fəaliyyəti müvəqqəti dayandırılıb.

"Report"un Qarabağ Bürosunun əldə etdiyi məlumata görə, əraziyə girişin qadağan olunmasına səbəb bazarın təhlükəsizlik standartlarına cavab verməməsidir.

Hazırda əraziyə Fövqəladə Hallah Nazirliyinin və hüquq mühafizə orqanlarının əməkdaşları nəzarət edir.

Sahibkarların verdiyi məlumata görə, səbəb kimi, bazarda yanğın təhlükəsizliyi qaydalarının pozulduğu iddia edilir. Bazar ərazisində su anbarının, fövqəladə hal zamanı yanğınsöndürmə avtomobillərinin əraziyə giriş-çıxış yollarının olmaması, mağazalarda yanğın təhlükəsizliyi əleyhinə tələb olunan şərtlərin pozulması göstərilir.

Son xəbərlər

Orphus sistemi