Bərdədə yas mərasimində iştirak edən 5 nəfər cərimələndi

Bərdədə yas mərasimində iştirak edən 5 nəfər cərimələndi Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən xüsusi karantin rejimi ilə əlaqədar aparılan reydlər zamanı rayon ərazisindəki fərdi yaşayış evində yas mərasiminin keçirildiyi aşkar edilib
Hadisə
12 Aprel , 2021 10:23
Bərdədə yas mərasimində iştirak edən 5 nəfər cərimələndi
0 : 00
0 : 00

Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən xüsusi karantin rejimi ilə əlaqədar aparılan reydlər zamanı rayon ərazisindəki fərdi yaşayış evində yas mərasiminin keçirildiyi aşkar edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Bərdə regional qrupundan "Report"a verilən məlumata görə, həmin ünvana baxış keçirilən zaman sanitar-gigiyena və karantin qaydalarının pozulduğu müəyyən edilib.

Ev sahibi və orada olan şəxslərlə izahedici söhbətlər aparılıb, qaydalara riayət etməyin vacibliyi bildirilib.

Polis əməkdaşları tərəfindən mərasimdə iştirak edən 5 nəfər barəsində qanunamüvafiq tədbir görülüb.

Son xəbərlər

Orphus sistemi