Beş təhsil müəssisəsinin direktoru işdən çıxarılıb

Beş təhsil müəssisəsinin direktoru işdən çıxarılıb Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi tərəfindən məktəbdənkənar təhsil müəssisələrində monitorinqlər keçirilir.
Hadisə
5 İyul , 2024 13:14
Beş təhsil müəssisəsinin direktoru işdən çıxarılıb

Bakı və digər bölgələrdə yerləşən məktəbdənkənar təhsil müəssisələrində yoxlamalar aparılıb, beş müəssisə rəhbəri işdən azad edilib.

"Report" xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb.

Bildirilib ki, Agentlik tərəfindən məktəbdənkənar təhsil müəssisələrində monitorinqlər keçirilir:

"Monitorinqlər nəticəsində 26 direktora xəbərdarlıq, 12 direktora töhmət, 16 direktora sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib. Monitorinqlərin keçirilməsində məqsəd təlim-tərbiyə prosesinin, tədris-pedaqoji və metodiki, eləcə də kadrlarla işin təşkilini və maliyyə-təsərrüfat sənədlərini yoxlamaqdır", - məlumatda qeyd edilib.

Son xəbərlər

Orphus sistemi