Nazirlik Beyləqanda kollektora düşmüş avtomobilin sudan çıxarılmasının görüntülərini yayıb - YENİLƏNİB-2

Nazirlik Beyləqanda kollektora düşmüş avtomobilin sudan çıxarılmasının görüntülərini yayıb - YENİLƏNİB-2 Beyləqanda avtomobil Baş Mil-Muğan kollektoruna düşüb, bir nəfər batıb.
Hadisə
17 Aprel , 2023 17:55
Nazirlik Beyləqanda kollektora düşmüş avtomobilin sudan çıxarılmasının görüntülərini yayıb - YENİLƏNİB-2

Bu gün günorta saatlarında Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Baş Mil-Muğan kollektorunun Beyləqan rayonu, Birinci Şahsevən kəndinin ərazisindən keçən hissəsində minik avtomobilinin suya düşməsi və nəticədə 1 nəfərin batması barədə daxil olmuş məlumat əsasında FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən dərhal axtarışlara başlanılıb.

Nazirliyin Mətbuat xidmətindən "Report"a bildirilib ki, sudan çıxarılan avtomobildə insan faktoruna rast gəlinmədiyindən, batdığı ehtimal olunan 1988-ci il təvəllüdlü Ağayev Sahil Təbriz oğlunun axtarışları dalğıc-axtarış qrupu tərəfindən kollektorda davam etdirilir.

Axtarış-xilasetmə əməliyyatı barədə əlavə məlumat veriləcək.

Nazirlik hərbçi Sahil Ağayevin avtomobilinin sudan çıxarılmasının görüntülərini də yayıb. Həmin görüntüləri təqdim edirik:

13:49

Beyləqanda Baş Mil-Muğan kollektoruna düşmüş avtomobil tapılıb və sudan çıxarılıb.

"Report"un xəbərinə görə, Fövqəladə Hallar Nazirliyinin (FHN) xilasediciləri minik avtomobilinin sürücüsü 1988-ci il təvəllüdlü Ağayev Sahil Təbriz oğlunun axtarışlarını davam etdirir.

Sürücünün hərbçi olduğu bildirilir.

12:42

Beyləqanda avtomobil Baş Mil-Muğan kollektoruna düşüb, bir nəfər batıb.

Bu barədə "Report"a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Belə ki, nazirliyin "112" qaynar telefon xəttinə Baş Mil-Muğan kollektorunun Beyləqan rayonunun Birinci Şahsevən kəndi ərazisindən keçən hissəsində minik avtomobilinin suya düşməsi nəticəsində bir nəfərin batması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Əlavə məlumat veriləcək.

Son xəbərlər

Orphus sistemi