Beyləqanda yol qəzasına düşən qadın xəstəxanada ölüb

Beyləqanda yol qəzasına düşən qadın xəstəxanada ölüb Beyləqan rayonunda yol qəzası olub
Hadisə
27 Aprel , 2021 11:21
Beyləqanda yol qəzasına düşən qadın xəstəxanada ölüb

Beyləqan rayonunda yol qəzası olub.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, aprelin 25-də saat 10 radələrində Beyləqan şəhəri ərazisində şəhər sakinləri, əvvəllər məhkum olunmuş Y.Cuvarlının idarə etdiyi “VAZ-21154” və S.Bayramovun idarə etdiyi “Mercedes” markalı avtomobillər toqquşub. Nəticədə Y.Cuvarlının xəsarət alan sərnişini Könül Cəfərova xəstəxanaya yerləşdirilib və aprelin 26-da orada ölüb.

Beyləqan Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi