"Azərbaycan Beynəlxalq Bankı" ASC-ni məhkəməyə verilib.
“Report”un xəbərinə görə, “Sağlam Həyat” MMC bankla bağlı Bakı Kommersiya Məhkəməsinə müraciət edib.
Şirkət ASC-yə qarşı bank əmanəti və bank hesabatı müqavilələri üzrə mübahisələr barədə iddia qaldırıb.
İddia hakim Zeynəb Axundovanın sədrliyi ilə keçirilən prosesdə araşdırılıb və qərar çıxarılıb.
Qərara əsasən, “Sağlam Həyat” MMC-nin iddiası təmin olunub.
Xatırladaq ki, bu il aprelin 1-nə "Azərbaycan Beynəlxalq Bankı"nın depozit portfeli 8 837,105 milyon manat təşkil edib. Bunun 1 519,57 milyon manatı fiziki şəxslərə (əhaliyə), 7 317,546 milyon manatı isə hüquqi şəxslərə (şirkətlərə) məxsus olub.