Bəzi küçə və prospektlərdə avtomobillərin hərəkətinə məhdudiyyət qoyulub

Bəzi küçə və prospektlərdə avtomobillərin hərəkətinə məhdudiyyət qoyulub Vaqif Əsədov açıqlama verib
Hadisə
26 Fevral , 2021 09:39
Bəzi küçə və prospektlərdə avtomobillərin hərəkətinə məhdudiyyət qoyulub
0 : 00
0 : 00

"Hazırda 26 fevral Xocalı soyqırımının anım günü qeyd edilir. Ziyarətçilərin “Ana fəryadı” abidəsi istiqamətinə hərəkətində təhlükəsizlik təmin edilməsi məqsədi ilə Xocalı prospekti və abidə istiqamətində kəsişən bütün küçə və prospektlərdə avtomobillərin hərəkətinə məhdudiyyət qoyulub”.

Bunu "Report"a Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polis (DYP) İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsəov deyib.

Onun sözlərinə görə, hazırda Yusif Səfərov küçəsindən Xocalı prospekti istiqamətinə, 10-cu zavod dairəsindən, Babək prospektindən, Nəcəfqulu Rəfiyev küçəsindən, Nobel prospektindən, eləcə də Mehdi Mehdizadə və Sabit Orucov küçələrindən avtomobillərin hərəkətinə məhdudiyyət qoyularaq istiqamət dəyişdirilib:

“Xocalı soyqırımı qurbanlarını “Ana fəryadı” abidəsi önündə yad etmək üçün hərəkət Nəcəfqulu Rəfiyev küçəsindən təşkil edilib. Belə ki, 5 nəfərdən ibarət qrup halında, qoruyucu maskalar olmaq şərti ilə, ara məsafəsi saxlanılır və piyada bu istiqamət üzrə hərəkət edilir. Xocalı soyqırımı qurbanlarını abidə önündə yad etdikdən sonra Xocalı prospekti Bakı Metropoliteninin “Xətai” stansiyasının qarşısından keçməklə Natiq Əliyev küçəsindən sağa istənilən istiqamətə hərəkət təşkil edilib”.

Son xəbərlər

Orphus sistemi