Biləsuvar sakini bıçaqlanıb

Biləsuvar sakini bıçaqlanıb Biləsuvar rayonunun Təzəkənd kəndində bıçaqlanma hadisəsi baş verib.
Hadisə
15 İyul , 2023 00:55
Biləsuvar sakini bıçaqlanıb

Biləsuvar rayonunun Təzəkənd kəndində bıçaqlanma hadisəsi baş verib.

"Report"un Muğan bürosunun məlumatına görə, rayonun Ağalıkənd kənd sakini, 1983-ci il təvəllüdlü Vasif Abbasov kürək nahiyəsindən bıçaqlanıb.

Yaralı Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Ona bıçaq xəsarəti yetirməkdə Təzəkənd kənd sakini Vasif Məmmədov şübhəli bilinir.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi