Biləsuvar rayonunda baş verən qətl hadisəsinin bəzi təfərrüatları məlum olub.
"Report"un Muğan bürosunun məlumatına görə, hadisə bu gün səhər saatlarında Ağayrı kəndi ərazisində qeydə alınıb.
Belə ki, tarlada bir yerdə işləyən Biləsuvar şəhər sakini, 1998-ci il təvəllüdlü Fərəcli Məhəmməd Füzuli oğlu və rayonun Ağayrı kənd sakini, 2004-ci il təvəllüdlü Abıyev Sadiq Namiq oğlu arasında avtomobildə münaqişə yaranıb. Bu zaman Məhəmməd Fərəcli Sadiq Abiyevi bıçaqlayıb. Yaralı Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
M.Fərəcli həmçinin onlarla avtomobildə olan Ağayrı kənd sakini, 2005-ci il təvəllüdlü Rüstəmov Nurlan Rüstəm oğlunu da qolundan bıçaq xəsarəti yetirib.
Faktla bağlı Biləsuvar Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırmalar davam etdirilir.
Biləsuvar rayonunda qətl hadisəsi baş verib.
"Report"un Muğan bürosunun məlumatına görə, hadisə rayonun Ağayrı kəndində qeydə alınıb.
Belə ki, Biləsuvar şəhər sakini, 1998-ci il təvəllüdlü Fərəcli Məhəmməd Füzuli oğlu və rayonun Ağayrı kənd sakini, 2004-cü il təvəllüdlü Abıyev Sadiq Namiq oğlu arasında münaqişə baş verib. Nəticədə sonuncu bıçaqla qətlə yetirilib.
Onların iş yoldaşları olduğu bildirilir.
Faktla bağlı Biləsuvar Rayon Prokurorluğunda cinayət işi açılıb.