Biləsuvar sakini daş karxanasında bədbəxt hadisə nəticəsində ölüb.
"Report"un Muğan bürosunun məlumatına görə, hadisə Qaradağ rayonunun ərazisində yerləşən daş karxanalarından birində qeydə alınıb.
Belə ki, Biləsuvar şəhər sakini, 1985-ci il təvəllüdlü Quliyev Vəli Hüseyn oğlunu karxananada işləyərkən elektrik cərəyanı vurub.
Faktla bağlı araşdırma aparılır.