TƏBİB: Dəm qazı zəhərlənməsi ehtimalı ilə xəstəxanaya yerləşdirilənlər evə buraxılıb - YENİLƏNİB

TƏBİB: Dəm qazı zəhərlənməsi ehtimalı ilə xəstəxanaya yerləşdirilənlər evə buraxılıb - YENİLƏNİB Biləsuvar rayonunda üç nəfər dəm qazından zəhərlənib.
Hadisə
20 Noyabr , 2023 21:28
TƏBİB: Dəm qazı zəhərlənməsi ehtimalı ilə xəstəxanaya yerləşdirilənlər evə buraxılıb - YENİLƏNİB

TƏBİB Biləsuvarda dəm qazı zəhərlənməsi ehtimalı ilə bağlı xəstəxanaya yerləşdirilənlər barədə məlumat yayıb.

"Report"un Muğan bürosu xəbər verir ki, üç nəfər rayon sakini tənəffüs çatışmazlığı ilə Biləsuvar Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə daxil olub.

Hər 3 pasiyentə ilkin tibbi yardım göstərilərək ambulator müalicə üçün evə buraxılıb.

19:55

Biləsuvar rayonunda üç nəfər dəm qazından zəhərlənib.

"Report"un Muğan bürosunun məlumatına görə, bir ailənin üzvləri - 1982-ci il təvəllüdlü Ş.Mirzəyev, onun qızı 2009-cu il təvəllüdlü A.M. və 1981-ci il təvəllüdlü E.Novruzlu rayon xəstəxanasına daxil olub. Pasiyentlərə lazımi tibbi yardım göstərilib.

Onların dəm qazından zəhərlənməsi ehtimal olunur.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi