Biləsuvardakı yol qəzasında xəsarət alan şəxslərin kimliyi məlum olub - YENİLƏNİB

Biləsuvardakı yol qəzasında xəsarət alan şəxslərin kimliyi məlum olub - YENİLƏNİB Biləsuvar rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib.
Hadisə
24 İyul , 2024 21:44
Biləsuvardakı yol qəzasında xəsarət alan şəxslərin kimliyi məlum olub - YENİLƏNİB

Biləsuvarda baş verən yol qəzasında xəsarət alan şəxslərin kimliyi məlum olub.

"Report"un Muğan bürosunun məlumatına görə, onlar rayon sakinləri, Kamal Cəlilov, Şahmar Mənsimov və Araz Xəlillidir.

Xəsarət alanların internet şirkətlərindən birinin əməkdaşları olduğu bildirilir.

Faktla bağlı araşdırmalar davam etdirilir.

21:08

Biləsuvar rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib.

"Report"un Muğan bürosunun məlumatına görə, hadisə Aranlı kəndində qeydə alınıb.

Belə ki, idarəetməni itirən sürücü "Niva" markalı minik avtomobilini yolun kənarındakı kafeyə çırpıb.

Hadisə nəticəsində 3 nəfər xəsarət alaraq, Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Hazırda onların şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi