Biləsuvarda bir neçə gün öncə avtomobillə vurulan piyada vəfat edib.
"Report"un Muğan bürosunun məlumatına görə, 4 gün əvvəl rayonun Amankənd kənd sakini Rauf Əliyevin idarə etdiyi "VAZ-2107" markalı minik avtomobili ilə həmkəndlisi, 1996-cı il təvəllüdlü Ələkbərova Nuridə Sakit qızını vurub.
Gənc qadın müxtəlif bədən xəsarətləri ilə ağır vəziyyətdə Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Lakin həkimlərin səylərinə baxmayaraq o, bu gün müalicə edildiyi xəstəxanada dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.
Biləsuvarda avtomobilin vurduğu gənc qadın ölüb
Hadisə
10 Sentyabr , 2020
21:39
https://static.report.az/photo/a32ed2e0-34a5-351d-bb9e-804f9e03e2ca.jpg