Biləsuvarda Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən reyd keçirilib.
"Report"un Muğan bürosunun məlumatına görə, reyd rayonun müxtəlif ərazilərində təşkil olunub.
Reyd zamanı 5 nəfərin sürücülük vəsiqəsinin olmaması, 1 nəfərin avtomobili sərxoş vəziyyətdə idarə etməsi aşkarlanıb. Həmçinin 1 avtoxuliqan aşkar edilib.
Onlar barədə inzibati protokollar tərtib olunub.