Biləsuvarda yeni istifadəyə verilən yolu su basıb

Biləsuvarda yeni istifadəyə verilən yolu su basıb Biləsuvarda yeni istifadəyə verilmiş yol yağış suları altında qalıb.
Hadisə
25 May , 2022 13:43
Biləsuvarda yeni istifadəyə verilən yolu su basıb

Biləsuvarda yeni istifadəyə verilmiş yol yağış suları altında qalıb.

Bu barədə "Report"a rayon sakinləri məlumat veriblər.

Sakinlər bildiriblər ki, ötən gün axşam saatlarından yağan intensiv yağışlar nəticəsində Biləsuvar şəhərinin mərkəzi küçələrinin bəzi hissələri su altında qalıb.

Nəticədə piyadaların və nəqliyyat vasitələrinin hərəkətində problem yaranıb.

Qeyd edək ki, sözügedən ərazilərdəki yol ötən ay istifadəyə verilib.

Son xəbərlər

Orphus sistemi