Bilgəhdə çətənə kolları yetişdirən şəxslər saxlanılıblar

Bilgəhdə çətənə kolları yetişdirən şəxslər saxlanılıblar Sabunçu Rayon Polis İdarəsi 14-cü Polis Şöbəsinin əməkdaşları narkotik tərkibli çətənə kollarının kultivasiyası ilə məşğul olan şəxslərə qarşı əməliyyat keçirib.
Hadisə
8 İyul , 2024 18:52
Bilgəhdə çətənə kolları yetişdirən şəxslər saxlanılıblar

Sabunçu Rayon Polis İdarəsi 14-cü Polis Şöbəsinin əməkdaşları narkotik tərkibli çətənə kollarının kultivasiyası ilə məşğul olan şəxslərə qarşı əməliyyat keçirib.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyindən bildirilib.

Qeyd edilib ki, Bilgəh qəsəbə sakinləri 1969-cu il təvəllüdlü Fərhad Muradov və əvvəllər məhkum olunmuş 1979-cu il təvəllüdlü Həsən Novruzov saxlanılıblar. Onların həyətyanı sahələrindən xüsusi qulluq edərək yetişdirdikləri ümumi çəkisi 20 kiloqram olan 40 ədəd çətənə kolu aşkarlanaraq götürülüb.

Faktlarla bağlı cinayət işləri başlanılıb. Araşdırmalar davam etdirilir.

Son xəbərlər

Orphus sistemi