Binəqədidə 25 yaşlı gənc yol qəzasında ağır xəsarət alıb

Binəqədidə 25 yaşlı gənc yol qəzasında ağır xəsarət alıb Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə
6 Fevral , 2022 08:45
Binəqədidə 25 yaşlı gənc yol qəzasında ağır xəsarət alıb

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un məlumatına görə, hadisə Binəqədi rayonunda qeydə alınıb.

Gülüstan yolu deyilən ərazidə avtomobil yolu keçən 1997-ci il təvəllüdlü Süleymanlı Hafiz İlham oğlunu vurub. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Müayinə zamanı ona qapalı kəllə-beyin travması və baş-beyin əziyi diaqnozları qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.

Son xəbərlər

Orphus sistemi