"Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) qeydiyyatında olan və Ermənistanda müntəzəm olaraq baş çəkdiyi iki Azərbaycan vətəndaşı var".
"Report" xəbər verir ki, bu barədə komitənin Azərbaycan nümayəndəliyinin sözçüsü İlahə Hüseynova jurnalistlərə açıqlamasında qeyd edib.
"Onlara mütəmadi olaraq baş çəkilir. Əsirlərin vəziyyətləri ilə bağlı məlumat ictimaiyyətə açıqlanmır, amma ailələrinə bildirilir. Onlarla əlaqənin yaradılması təmin olunur. Ermənistandakı azərbaycanlı əsirlərə sonuncu dəfə sentyabrda baş çəkilib", - qurum rəsmisi bildirib