BSU-nun sabiq şöbə müdirinin məhkəməsində şahidlər dindirilib

BSU-nun sabiq şöbə müdirinin məhkəməsində şahidlər dindirilib Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı Slavyan Universitetinin (BSU) əlavə və qiyabi təhsil şöbəsinin sabiq müdiri Dürdanə Əliyevanın cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
Hadisə
6 Sentyabr , 2021 15:21
BSU-nun sabiq şöbə müdirinin məhkəməsində şahidlər dindirilib

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı Slavyan Universitetinin (BSU) əlavə və qiyabi təhsil şöbəsinin sabiq müdiri Dürdanə Əliyevanın cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

"Report"un xəbərinə görə, hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə şahidlər ifadə veriblər.

Şahid Elnarə Hüseynova bildirib ki, BSU-ya ikinci ali təhsil üçün müraciət edib, universitetdə D.Əliyevanın yanına yönləndirilib: “O, mənə II kursdan başlayacağımı, oxumadığım bir ilə görə isə əlavə 2 min manat pul verəcəyimi söylədi. Dürdanə Əliyevayanın özünə 2 min manat birbaşa kabinetində, əlavə iki dəfəyə isə 4 min manat bank hesabına köçürdüm. Bankda pulu köçürəndə BSU-nun yox, Dürdanə Əliyevanın şəxsi hesabı oluğunu gördük”.

Daha sonra digər şahid Sevinc İbrahimova dindirilib. O qeyd edib ki, D.Əliyevaya kabinetində təhsil haqqı kimi 4500 manat verib: “Bir müddət sonra mənə universitetdən zəng gəldi. Dedilər ki, 3400 manat da borcum var”.

Şahidin ifadəsinə D.Əliyevanın vəkili etiraz edib. O söyləyib ki, S.İbrahimovanın ibtidai istintaqa verdiyi ifadələri ilə məhkəmədəki ifadələri arasında ziddiyət var. Vəkilin sözlərinə görə, şahid ilkin ifadəsində D.Əliyevaya verdiyi pulun 3 min manatını "şapka" kimi verdiyini deyib.

Məhkəmənin növbəti iclası sentyabrın 13-nə təyin olunub.

Qeyd edək ki, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Bakı Slavyan Universitetinin (BSU) əlavə və qiyabi təhsil şöbəsinin müdiri, dosent Dürdanə Əliyeva barəsində araşdırma aparılıb.

Dürdanə Əliyevanın qanunsuz əməlləri törətməsi barədə çoxsaylı şikayətlər araşdırılıb. Onun barəsində Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə), 32.4, 312.2 (rüşvət verməyə təhrik etmə), 311.1 (rüşvət alma) maddələri ilə cinayət işi başlanılıb.

Son xəbərlər

Orphus sistemi