Cəbrayılda avtomobillər toqquşub, ölən və yaralananlar var

Cəbrayılda avtomobillər toqquşub, ölən və yaralananlar var İyunun 9-da saat 18 radələrində Cəbrayıl rayonunun Qumlaq kəndində Zamiq Əliyevin idarə etdiyi “Niva” və R.İsayevin idarə etdiyi “Great Wall Wingle” markalı avtomobillər toqquşub. Nəticədə Z.Əliyev hadisə yerində ölüb, sərnişini və digər sürücü xəstəxanay
Hadisə
10 İyun , 2022 10:00
Cəbrayılda avtomobillər toqquşub, ölən və yaralananlar var

Cəbrayıl rayonunda avtomobillər toqquşub, ölən və yaralananlar var.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Hadisə iyunun 9-u saat 18 radələrində rayonun Qumlaq kəndində qeydə alınıb.

Belə ki, Zamiq Əliyevin idarə etdiyi “Niva” və R.İsayevin idarə etdiyi “Great Wall Wingle” markalı avtomobillər toqquşub. Nəticədə Z.Əliyev hadisə yerində ölüb, sərnişini və digər sürücü xəstəxanaya yerləşdiriliblər.

Cəbrayıl Rayon Polis Şöbəsində araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi