Cəlilabadda 13 yaşlı velosipedçini avtomobil vurdu

Cəlilabadda 13 yaşlı velosipedçini avtomobil vurdu Cəlilabad rayonunda yeniyetmənin xəsarət alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə
14 İyul , 2021 08:45
Cəlilabadda 13 yaşlı velosipedçini avtomobil vurdu

Cəlilabad rayonunda yeniyetmənin xəsarət alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə Cəlilabad rayonunda qeydə alınıb.

2008-ci il təvəllüdlü Abbasov Şahin İlkin oğlu velosipedlə hərəkət edərkən onu avtomobil vurub.

Yaralı təcili yardımın köməkliyi ilə əvvəlcə rayon mərkəzi xəstəxanasına çatdırılıb.

Daha sonra o Bakıda yerləşən xəstəxanaların birinə gətirib.

Müayinə zamanı ona qapalı kəllə-beyin travması və baş-beyin əziyi diaqnozları qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.

Son xəbərlər

Orphus sistemi