Cəlilabad rayonunda intihar edən qızın şəxsiyyəti müəyyənləşdirilib.
“Report”un Aran bürosunun məlumatına görə, bu, 2007-ci il təvəllüdlü Əmirova Şəlalə Aqşin qızıdır.
Qeyd edək ki, hadisə rayonun mərkəzində, Səməd Vurğun küçəsində qeydə alınıb. Ş.Əmirova özünü asaraq intihar edib.
Hadisənin səbəbi hələ məlum deyil.
Faktla bağlı araşdırma aparılır.
20:32
Cəlilabadda intihar hadisəsi baş verib.
“Report”un Aran bürosunun məlumatına görə, hadisə axşam saatlarında rayonun Səməd Vurğun küçəsində qeydə alınıb. İlkin məlumata görə, 14 yaşlı qız özünü asaraq intihar edib. Hazırda onun şəxsiyyəti dəqiqləşdirilir.
Hadisənin səbəbi hələ məlum deyil.
Faktla bağlı araşdırma aparılır.