Cəlilabadda fərdi ev tamamilə yanıb

Cəlilabadda fərdi ev tamamilə yanıb Cəlilabad rayonunda fərdi yaşayış evi yanıb.
Hadisə
30 Mart , 2024 14:54
Cəlilabadda fərdi ev tamamilə yanıb

Cəlilabad rayonunda fərdi yaşayış evi yanıb.

"Report"un Muğan bürosunun məlumatına görə, hadisə rayonun dağ kəndi olan Kövüzbulaqda qeydə alınıb.

Belə ki, kənd sakini Əhmədov Şahgəldiyə məxsus 200 kvadratmetr sahəsi olan evdə yanğın başlayıb. Hadisə yerinə yanğınsöndürən və texnikalar cəlb olunmasına baxmayaraq, ev tamamilə yanıb.

Hadisə nəticəsində xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi