Cəlilabadda minik avtomobilləri toqquşub, ölən var

Cəlilabadda minik avtomobilləri toqquşub, ölən var Cəlilabad rayonunun Göytəpə şəhəri ərazisində ağır yol qəzası baş verib.
Hadisə
18 Sentyabr , 2023 00:11
Cəlilabadda minik avtomobilləri toqquşub, ölən var

Cəlilabad rayonunun Göytəpə şəhəri ərazisində ağır yol qəzası baş verib.

"Report"un Muğan bürosunun məlumatına görə, "VAZ 2107" və "Mitsubishi" markalı minik avtomobilləri toqquşub.

"VAZ 2107" bundan sonra elektrik dirəyinə çırpılaraq, iki yerə bölünüb. Qəza nəticəsində avtomobilin sürücüsü, rayonun Maşlıq kənd sakini, Adıgözəlov Elbəyi Telman oğlu hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi