Cəlilabadda ağır yol qəzasında xəsarət alanlardan biri Bakıya gətirilib.
"Report"un Muğan bürosunun məlumatına görə, vəziyyəti ağır olan İsmayılov Balasər Həsən oğlu Bakıdakı xəstəxanalardan birinə yerləşdirilib.
Digər 3 yaralının müalicəsi rayon xəstəxanasında davam edir.
Qeyd edək ki, bu gün Cəlilabad rayonunda ağır yol qəzası baş verib, 3 nəfər ölüb, daha 4-ü yaralanıb.
Cəlilabadda dəhşətli qəzada ölənlərin sayı 3-ə çatıb.
"Report"un Muğan bürosunun məlumatına görə, hadisə köhnə Ələt-Astara avtomobil yolunun 148 km-də, Cəlilabad rayonunun Göytəpə şəhərindən keçən hissəsində qeydə alınıb.
Belə ki, Astara istiqamətində olan "BMW" markalı minik avtomobili qarşı istiqamətdə hərəkət edən "VAZ 2107" markalı minik avtomobili ilə toqquşub. Daha sonra zərbənin təsirindən "VAZ 2107" markalı minik avtomobili əks istiqamətdən gələn "Atika" markalı yük avtomobilinə çırpılıb.
Qəza nəticəsində 3 nəfər, Cəlilabad rayonunun Maşlıq kənd sakinləri - Adıgözəlov Tural İntiqam oğlu, Quliyev Mürsəl Alim oğlu və İsmayılzadə Qorxmaz Rahim oğlu hadisə yerində ölüb. Həmçinin həmin kənd sakinləri - 1997-ci il təvəllüdlü Vəlizadə Kamran İbadulla oğlu, 1958-ci il təvəllüdlü Şahbazov Hacıbala Balabəy oğlu, 1994-cü il təvəllüdlü Eyvazov Cahid Təbiət oğlu və Cəlilabad şəhər sakini, 1982-ci il təvəllüdlü İsmayılov Balasər Həsən oğlu isə xəstəxanaya yerləşdirilib. Ölən şəxslərin "VAZ 2107" də olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Cəlilabadda ağır yol qəzası baş verib.
"Report"un Muğan bürosunun məlumatına görə, hadisə rayonun Göytəpə şəhəri ərazisində qeydə alınıb.
İlkin məlumata görə, "Vaz 2107 markalı minik avtomobili ilə BMW markalı minik avtomobili toqquşub. Nəticədə 2 nəfər ölüb, 5 nəfər yaralanıb.
Yaralılar xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.