Cəlilabadda yol qəzası olub, xəsarət alanlar var

Cəlilabadda yol qəzası olub, xəsarət alanlar var Cəlilabad rayonunun Cavadxan küçəsində ağır yol qəzası qeydə alınıb.
Hadisə
25 Sentyabr , 2023 21:51
Cəlilabadda yol qəzası olub, xəsarət alanlar var

Cəlilabad rayonunun Cavadxan küçəsində ağır yol qəzası qeydə alınıb.

"Report"un Muğan bürosunun məlumatına görə, "VAZ 2106" və "Mercedes" markalı minik avtomobilləri toqquşub.

Hadisə nəticəsində rayon sakinləri - 1987-ci il təvəllüdlü Fərrux Məmmədov və 2001-ci il təvəllüdlü Vüsal Abdullayev xəsarət alıblar.

Yaralılar Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi