Cəlilabad rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib.
"Report"un Muğan bürosunun məlumatına görə, hadisə köhnə Ələt-Astara yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, idarəetmədən çıxan avromobil yeməkxananın qarşısında dayanmış "Ford" markalı avtomomaşına çırpılıb.
Hadisə zamanı iki nəfər - Eldar Bayramov və Rəhim Mustafayev xəsarət alıblar. Yaralılar ağır vəziyyətdə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
![](https://static.report.az/photo/0369d2e8-51a5-3a09-b2ec-a3964fff95dc_300.jpeg)