Cəlilabadın polis rəisi işdən çıxarılıb

Cəlilabadın polis rəisi işdən çıxarılıb Cəlilabad Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Mübariz Quliyev vəzifəsindən azad edilərək sərəncama götürülüb.
Hadisə
11 Avqust , 2021 13:06
Cəlilabadın polis rəisi işdən çıxarılıb
Mübariz Quliyev

Cəlilabad Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Mübariz Quliyev vəzifəsindən azad edilərək sərəncama götürülüb.

“Report"un hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, bununla bağlı daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev "Report"a faktı təsdiqləyib.

Qeyd edək ki, M.Quliyev bir neçə gün öncə rayon ərazisindəki restoranda keçirilən toy mərasimində karantin rejimi qaydalarının pozulması faktına göz yumub. Araşdırma zamanı müəyyən edilib ki, onun həmin restoran sahibi ilə yaxın münasibətləri olub.

Son xəbərlər

Orphus sistemi