Ceyranbatanda batan 14 yaşlı uşağın meyiti tapılıb - YENİLƏNİB

Ceyranbatanda batan 14 yaşlı uşağın meyiti tapılıb - YENİLƏNİB Ceyranbatan kanalında 14 yaşlı yeniyetmə çimərkən boğulub.
Hadisə
24 İyul , 2024 21:21
Ceyranbatanda batan 14 yaşlı uşağın meyiti tapılıb - YENİLƏNİB

Samur-Abşeron kanalının Ceyranbatandan keçən hissəsində çimərkən batan 14 yaşlı yeniyetmənin meyiti sudan çıxarılıb.

"Report"un yerli bürosu məlumat verir ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları onun meyiti aidiyyəti üzrə təhvil veriblər.

20:48

Ceyranbatan su anbarında 14 yaşlı yeniyetmə çimərkən boğulub.

"Report"un yerli bürosu məlumat verir ki, 2010-cu il təvəllüdlü Mirzəyev Sübhan Ramiz oğlu Samur-Abşeron kanalının Ceyranbatandan keçən hissəsində çimərkən batıb.

Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları hazırda onun axtarışlarını davam etdirir.

Son xəbərlər

Orphus sistemi