Cəzaçəkmə müəssisəsinə narkotik keçirilməsinin qarşısı alınıb

Cəzaçəkmə müəssisəsinə narkotik keçirilməsinin qarşısı alınıb Bakıda cəzaçəkmə müəssisəsinə narkotik maddə keçirilməsi cəhdinin qarşısı alınıb.
Hadisə
10 Avqust , 2021 11:34
Cəzaçəkmə müəssisəsinə narkotik keçirilməsinin qarşısı alınıb
0 : 00
0 : 00

Bakıda cəzaçəkmə müəssisəsinə narkotik maddə keçirilməsi cəhdinin qarşısı alınıb.

Bu barədə "Report"a Ədliyyə Nazirliyi Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində 10 saylı cəzaçəkmə müəssisəsinə narkotik maddə keçirmək istəyən şəxs saxlanılıb.

Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinə əsasən təqsirli bilinərək 6 il müddətinə azadlıqdan məhrum edilmiş məhkum Əbülfət Böyükağa oğlu Həsənova vətəndaş Elnur Aydın oğlu Həsənov tərəfindən gətirilmiş sovqata baxış keçirilən zaman orada olan çay qutusunun içərisində gizlədilmiş 1 ədəd sellofan bükülüdə ümumi çəkisi 2,189 qram olan narkotik maddə - tiryək aşkar edilib.

Son xəbərlər

Orphus sistemi