Çirkab suların gölə axıdılması aşkar edilib

Çirkab suların gölə axıdılması aşkar edilib Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin əməkdaşları tərəfindən sanitar-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə tədbirlər davam etdirilir
Hadisə
6 Mart , 2021 16:26
Çirkab suların gölə axıdılması aşkar edilib

Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin əməkdaşları tərəfindən sanitar-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə tədbirlər davam etdirilir.

DİN-in Mətbuat xidmətindən "Report"a verilən məlumata görə, martın 5-də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq qurumları ilə birgə keçirilən tədbir zamanı Nərimanov rayonu ərazisində yerləşən daş kəsimi sexlərindən Böyükşor gölünə çirkab suların axıdılması və sexdə tullantıların qalaqlanması faktları aşkar edilib.

İnzibati Xətalar Məcəlləsinin 264-cü maddəsinin (Su obyektlərinin mühafizəsi qaydalarının pozulması) tələblərini pozduqlarına görə Bakı şəhər sakinləri O.Nəsibov və M.Səmədov barəsində protokol tərtib edilərək hər biri 600 manat məbləğində cərimə ediliblər.

Habelə sexdə tullantıların qalaqlanmasına görə Bakı şəhər sakini T.Əliyev barəsində İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsi (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi) ilə protokol tərtib edilərək 500 manat məbləğində cərimə edilib.

Bu istiqamətdə tədbirlər davam etdirilir.

Son xəbərlər

Orphus sistemi