"Çukur" kafesi və internet klubun sahibləri cərimələnib

"Çukur" kafesi və internet klubun sahibləri cərimələnib Onlar karantin qaydalarını pozuqları üçün məhkəməyə veriliblər
Hadisə
19 Aprel , 2021 11:28
Çukur kafesi və internet klubun sahibləri cərimələnib

Kürdəmirdə gecə saatlarında fəaliyyət göstərən klub və kafe aşkarlanıb.

”Reportun Yuxarı Şirvan bürosu xəbər verir ki, Kürdəmir Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisində karantin rejimini ciddi şəkildə pozaraq gecə saatlarında fəaliyyət göstərə internet klub və "Çukur" adlı kafe aşkarlanıb. Bundan sonra hər iki obyekt sahibləri ilə orda olan müştərilər ümumilikdə 14 nəfər polis əməkdaşları tərəfindən saxlanılıb və şöbəyə gətirilib.

Polis əməkdaşları onlarla profilaktik söhbətlər aparıb və karantin rejimi qaydalaırına ciddi əməl etmələrini tövsiyə edib. Məsələyə hüquqi qiymət verilməsi üçün iş Kürdəmir rayon Məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə onların hər biri barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq bəndinə əsasən cərimə tətbiq olunub.

Hazırda Kürdəmir rayon Polis Şöbəsinin əməkdaşları gücləndirilmiş iş rejimində xidmətlərini davam etdirirlər.

Son xəbərlər

Orphus sistemi