Daşkəsəndə zəhərlənərək öldüyü deyilən şəxsin intihar etdiyi məlum olub.
"Report"un Qərb mərkəzinin məlumatına görə, R.Hüseynov sirkə turşusu içərək intihar edib. Onun hansı səbəbdən intihar etməsi məlum deyil.
Faktla bağlı araşdırmalara başlanılıb.
12:01
Daşkəsənd sakini zəhərlənmədən ölüb.
"Report"un Qərb mərkəzinin məlumatına görə, rayon sakini, 48 yaşlı Rafiq Hüseynov sirkə turşusundan zəhərlənib.
O, ağır vəziyyətdə Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə yerləşdirilsə də onun həyatını xilas etmək mümkün olmayıb.
R.Hüseynovun hansı səbəbdən sirkə turşusu içdiyi ilə bağlı hələlik dəqiq məlumat yoxdur.
Faktla bağlı araşdırma başlanılıb.