Daşkəsəndə iri gövdəli ağac yola aşıb, tıxac yaranıb

Daşkəsəndə iri gövdəli ağac yola aşıb, tıxac yaranıb Güclü külək Daşkəsən rayonunda da fəsad törədib.
Hadisə
21 İyun , 2024 02:00
Daşkəsəndə iri gövdəli ağac yola aşıb, tıxac yaranıb

Güclü külək Daşkəsən rayonunda da fəsad törədib.

"Report"un Qərb bürosunun bürosunun görə, təbii hadisə nəticəsində rayonun Bayan kəndində iri gövdəli ağac aşaraq yola və kənardakı evin üzərinə düşüb.

Hadisə səbəbindən Gəncə-Daşkəsən avtomobil yolunda bir müddət tıxac yaranıb. Əraziyə aidiyyəti qurumların əməkdaşları cəlb olunub, ağac yoldan götürüldükdən sonra nəqliyyat vasitələrinin hərəkəti bərpa olunub.

Qeyd edək ki, bir neçə saat öncə Qərb bölgəsində həmçinin, Mingəçevir və Yevlaxda da güclü külək bir sıra fəsadlar törədib.

Son xəbərlər

Orphus sistemi