Azərbaycanda zəlzələ olub.
"Report"un Qərb Mərkəzinin məlumatına görə, yeraltı təkanlar Daşkəsən rayonunda qeydə alınıb. Zəlzələnin gücü 3 bala yaxın olub. Zəlzələ nəticəsində ciddi fəsadlar yaranmayıb.
Yeraltı təkanlar qonşu rayonlarda da hiss edilib.