Dayanma-durmaya görə gün ərzində yalnız bir cərimə yazıla bilər

Dayanma-durmaya görə gün ərzində yalnız bir cərimə yazıla bilər Dayanma və ya durma qaydalarının pozulması ilə bağlı inzibati xətanın törədilməsinə görə bir şəxs gün ərzində təkrar inzibati məsuliyyətə cəlb oluna bilməz.
Hadisə
22 Yanvar , 2021 11:44
Dayanma-durmaya görə gün ərzində yalnız bir cərimə yazıla bilər

Dayanma və ya durma qaydalarının pozulması ilə bağlı inzibati xətanın törədilməsinə görə bir şəxs gün ərzində təkrar inzibati məsuliyyətə cəlb olunmayacaq.

“Report” xəbər verir ki, bununla bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilir.

Dəyişikliyə əsasən, şəxs İXM-in 346-cı maddəsində (dayanma və ya durma qaydalarının pozulması) nəzərdə tutulmuş eyni inzibati xətanın törədilməsinə görə gün ərzində təkrar inzibati məsuliyyətə cəlb oluna bilməz.

Dəyişiklik layihəsi yaxın müddətdə Milli Məclisdə müzakirəyə çıxarılacaq.

Son xəbərlər

Orphus sistemi