“Dəniz Tədris Kursları” cərimələnib.
Bu barədə "Report"a Zaqatala Rayon Prokurorluğundan məlumat verilib.
Belə ki, “Dəniz Tədris Kursları” MMC tərəfindən Azərbaycan Respublikası əmək qanunvericiliyinin tələblərinin pozularaq qanunla nəzərdə tutulan qaydada əmək müqaviləsi bağlanmadan müxtəlif şəxslərin işlərin görülməsinə cəlb edilməsi faktına dair Zaqatala Rayon Prokurorluğunda aparılan yoxlama nəticəsində İnzibati Xətalar Məcəlləsinin 192.1-ci (əmək qanunvericiliyinin pozulması) maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanıb.
Toplanan materiallar baxılması üçün aidiyyəti üzrə rayon məhkəməsinə göndərilib və məhkəmənin 02 sentyabr 2021-ci il tarixli qərarı ilə “Dəniz Tədris Kursları” MMC-yə 20 min manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilib.