DİN: Postlardan 1 303 nəqliyyat vasitəsi müəyən olunaraq geri qaytarılıb

DİN: Postlardan 1 303 nəqliyyat vasitəsi müəyən olunaraq geri qaytarılıb 2020-ci ilin dekabrın 27-də həmin postlardan müvafiq qaydada icazə almadan keçməyə cəhd göstərən 1 303 nəqliyyat vasitəsi müəyən olunaraq geri qaytarılıb.
Hadisə
28 Dekabr , 2020 13:03
DİN: Postlardan 1 303 nəqliyyat vasitəsi müəyən olunaraq geri qaytarılıb
0 : 00
0 : 00

Koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə sərt karantin rejiminin tətbiq edildiyi 5 şəhərin və 12 rayonun giriş və çıxışlarında quraşdırılmış xüsusi postlarda polis əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçuları tərəfindən nəzarət-profilaktiki yoxlamalar davam etdirilir.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

2020-ci ilin dekabrın 27-də həmin postlardan müvafiq qaydada icazə almadan keçməyə cəhd göstərən 1 303 nəqliyyat vasitəsi müəyən olunaraq geri qaytarılıb.

Eləcə də qeyd olunan müddətdə ölkə üzrə karantin rejimi qaydalarını pozan 1 379 nəfər barəsində inzibati tənbeh tədbiri tətbiq olunub.

"Bu istiqamətdə həyata keçirilən bütün tədbirlər əhalinin təhlükəsizliyinin təmin edilməsi və onların sağlamlığının qorunmasına xidmət edir. Ona görə də vətəndaşlardan tətbiq edilən izolyasiya tədbirlərini anlayışla qarşılamalarını, zərurət olmadan yaşayış yerlərini tərk etməmələrini xahiş edirirk", - Mətbuat Xidmətindən bildirilib.

Son xəbərlər

Orphus sistemi