DİN könüllülərlə birgə Bakıda maarifləndirici tədbirlər keçirib

DİN könüllülərlə birgə Bakıda maarifləndirici tədbirlər keçirib Könüllü gənclərin iştirakı ilə əhali arasında yoluxucu infeksiya haqqında maarifləndirici bukletlər paylanılıb
Hadisə
5 Fevral , 2021 17:41
DİN könüllülərlə birgə Bakıda maarifləndirici tədbirlər keçirib

Koronavirus infeksiyasının kütləvi yayılmasının qarşısını almaq məqsədi ilə polis və Daxili İşlər Nazirliyinin (DİN) hərbi qulluqçuları ilə könüllü təşkilatlarının ayrı-ayrı qrupları ilə birgə paytaxtda maarifləndirici tədbirlər keçirilib.

"Report"un xəbərinə görə, tədbirdə insanların sıx toplaşdığı ərazilərdə vətəndaşlarla maarifləndirici söhbətlər aparılıb, koronavirus infeksiyasının fəsadları, sanitar-epidemioloji qaydalara bağlı məlumatlar verilib.

Diqqətə çatdırılıb ki, insanların sıx toplaşdığı mühit infeksiyanın yayılma intensivliyinə birbaşa təsir etdiyindən COVID-19-un profilaktikası məqsədilə hər bir şəxs diqqətli və məsuliyyətli olmalıdır.

Könüllü gənclərin iştirakı ilə əhali arasında yoluxucu infeksiya haqqında maarifləndirici bukletlər paylanılıb.

Son xəbərlər

Orphus sistemi