Qazax rayonunun Aslanbəyli kənd sakini Söylü Eminovanın 14 baş iribuynuzlu mal-qarasının itməsi barədə sosial şəbəkələrdə paylaşılan iddiaları ilə əlaqədar Rayon Polis Şöbəsində araşdırmalar aparılıb.
Bu barədə "Report"a DİN-in Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupunun baş inspektoru, polis baş
leytenantı Eşqin Qasımov deyib.
"Məlumat üçün qeyd edək ki, dekabrın 20-də Qazaxın Aslanbəyli kənd sakini S.Eminovanın oğlu Teymur Eminov DİN-nin “102 Zəng Mərkəzi” Xidmətinə müraciət edərək yaşadığı kəndin ərazisində ona məxsus 14 dörd baş iribuynuzlu mal-qarasının itməsi ilə bağlı müraciət edib. Müraciətlə əlaqədar Rayon Polis Şöbəsinin əməkdaşları dərhal həmin ünvana gələrək müvafiq araşdırmalar aparıb. İlkin araşdırmalarla mal-qaranın məhz sahibinin nəzarətsizliyi nəticəsində kənddən xeyli aralanaraq itdiyi müəyyən edilib.
Hazırda Qazax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən vətəndaşa məxsus mal-qaranın tapılması istiqamətində zəruri tədbirlər görülür".