DİN əməliyyatlar keçirib, 22 kiloqram narkotik aşkarlanıb

DİN əməliyyatlar keçirib, 22 kiloqram narkotik aşkarlanıb Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri davam etdirilir. Abşeron rayonu ərazisində keçirilən növbəti əməliyyat zamanı 2000-ci il təvəllüdlü Əlqədir
Hadisə
28 Sentyabr , 2024 11:21
DİN əməliyyatlar keçirib, 22 kiloqram narkotik aşkarlanıb

Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsi əməliyyatlar keçirib, 22 kiloqram narkotik vasitə aşkarlanıb.

Bu barədə "Report"a nazirlikdən məlumat verilib.

Bildirilib ki, Abşeron rayonu ərazisində keçirilən növbəti əməliyyat zamanı 2000-ci il təvəllüdlü Əlqədir Cahangirov saxlanılıb. Onun idarə etdiyi “Toyota” markalı avtomobilinə baxış zamanı ümumilikdə 22 kiloqrama yaxın tərkibi psixotrop maddələrlə zənginləşdirilmiş marixuana aşkarlanıb.

Saxlanılan şəxs şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı vasitəsilə əvvəlcədən müəyyənləşdirilmiş yerdən narkotik vasitələri götürərək maddi qazanc müqabilində ayrı-ayrı ünvanlara çatdırmağı planlaşdırıb. Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Ə.Cahangirovla əlbir olan digər şəxslərin də saxlanılması istiqamətində tədbirlər davam etdirilir.

Son xəbərlər

Orphus sistemi