Sosial şəbəkələrdə Binəqədi rayonunda polis, SOCAR və İcra Hakimiyyəti əməkdaşlarının şəhid ailələrinə qarşı guya təzyiq edilməsi ilə bağlı məqsədli olaraq təşkil olunan görüntülər yayılıb.
Görüntülərlə bağlı DİN-in Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev “Report”un sorğusuna cavab verib.
Onun sözlərinə görə, araşdırmalarla məlum olub ki, rayonun Hökməli qəsəbəsində bir qrup şəxs tərəfindən qanunsuz olaraq torpaqların zəbt olunaraq tikinti aparılması müşahidə olunub:
"Həmin yerdə qeydə alının qanunsuz halların qaşısını almaq üçün əraziyə cəlb olunan müvafiq qurumların əməkdaşlarının qanuni tələblərinə məhəl qoymayan həmin şəxslər şəhid və qazi ailələri adından sui-istifadə edərək diqqəti qanunsuz əməllərdən yayındırmağa çalışıblar".
E.Hacıyev bildirib ki, hadisə yerində hər hansı bir şəxsə qarşı fiziki təzyiq göstərilməyib, iddialar əsassızdır: "Polis əməkdakarı ərazidə ictimai qaydanı və ictimai təhlükəsizliyi təmin ediblər".