Sosial şəbəkələrdə özünü “təhlükəsizlik təəssübkeşi” kimi göstərən şəxslərin səsləndirdiyi fikirlər birmənalı qarşılanmır.
Bununla bağlı DİN Mətbuat xidmətindən “Report”un sorğusuna cavab olaraq bildirilib ki, ayrı-ayrı şəxslərin dövlət qanunları ilə tənzimlənən polisin vəzifələrindən çıxış edərək müxtəlif paylaşımlar etməsi yolverilməzdir:
“Bir daha bildiririk ki, polis ona verilən hüquqlar çərçivəsində üzərinə düşən vəzifələri layiqincə yerinə yetirir. Ölkədə ictimai asayiş etibarlı təmin olunur”.