DİN rəsmisi: "Vətəndaş ölkə ərazisində sərbəst hərəkət etmək istəyirsə mütləq vaksinasiyadan keçməlidir"

DİN rəsmisi: "Vətəndaş ölkə ərazisində sərbəst hərəkət etmək istəyirsə mütləq vaksinasiyadan keçməlidir" “Xırda tutumlu ticarət obyektlərində COVID-19 pasportu tələb olunmur”.
Hadisə
20 Avqust , 2021 12:03
DİN rəsmisi: Vətəndaş ölkə ərazisində sərbəst hərəkət etmək istəyirsə mütləq vaksinasiyadan keçməlidir
Elşad Hacıyev

“Xırda tutumlu ticarət obyektlərində COVID-19 pasportu tələb olunmur”.

“Report” xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev Nazirlər Kabineti yanında Operativ Qərargahın avqustun 20-də keçirilən brifinqində çıxışı zamanı deyib.

“Sentyabrın 1-dən birinci doza, oktyabrın 1-dən isə ikinci doza vaksinlə bağlı müəyyən olunan normalar onu göstərir ki, vətəndaş ölkə ərazisində sərbəst hərəkət etmək istəyirsə, o, vaksinasiyadan keçməlidir. Vaksinasiyadan keçən vətəndaş heç bir məhdudiyyətlə qarşılaşmır. Bu, həm vətəndaşın tibbi sağlamlığını, həm də vətəndaşı qanunu pozmadan qoruyur”.

DİN rəsmisi qeyd edib ki, metroda indiki vəziyyət sabitdir: "Orada vaksinasiya ilə bağlı hər hansı bir tələb yoxdur".

Son xəbərlər

Orphus sistemi