DİN: Sosial şəbəkələrdə yayılan görüntülər araşdırılıb

DİN: Sosial şəbəkələrdə yayılan görüntülər araşdırılıb "İddiallar əsassızdır"
Hadisə
29 Mart , 2021 17:28
DİN: Sosial şəbəkələrdə yayılan görüntülər araşdırılıb

Sosial şəbəkələrdə yayılan görüntülər araşdırılıb.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, vətəndaşa qarşı hər hansı fiziki təzyiq göstərilməyib, iddiallar əsassızdır:

"Qanunsuz əlvan metal daşıdığı üçün Nərimanov rayonu ərazisində Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin yol patrul xidmətinin əməkdaşları tərəfindən Vüqar Mahmudovun idarə etdiyi “VAZ 21-011” markalı avtomobilə “saxla” işarəsi verilib. Sürücü yol polisinə tabesizlik göstərərək polisin qanuni tələblərindən müxtəlif vasitələrlə yayınmağa çalışıraq, yanında olan azyaşlı övladını bərkdən-bərkdən qışqırmağı, yaxınlıqda olan vətəndaşların diqqətini cəlb etməyi tapşırıb.

Tabesizlik göstərən sürücü əraziyə çağırılan Əlahiddə Çevik Polis Alayının naryad qrupu tərəfindən Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsinə təhvil verilib.

Qeyd olunan hərəkətlərdə polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama maddələrinin tərkib əlamətləri olduğuna görə fakta görə İnzibati Xətalar Məcəlləsinin 535-ci maddələri ilə onun barəsində toplanmış matereallar baxılması Nərimanov Rayon Məhkəməsinə göndərilib".

Son xəbərlər

Orphus sistemi