Ukraynanın aparıcı vilayətlərindən olan Dnepropetrovskda azərbaycanlılarla bağlı bu ilin 8 ayı ərzində 2020-ci illə müqayisədə 2 dəfədən çox kriminal hadisələr baş verib.
Bu barədə "Report"un Şərqi Avropa bürosuna Ukrayna Daxili İşlər Nazirliyinin Dnepropetrovsk vilayəti üzrə idarəsindən bildirilib.
Belə ki, 2021-ci il yanvarın 1-dən sentyabrın 1-dək təkcə Dnepropetrovsk vikayəti üzrə azərbaycanlılarla bağlı 29 cinayət hadisəsi baş verib.
2020-ci ildə isə bütöv il üzrə 14 belə hal olub.