Dövlət Agentliyinə məxsus yük avtomobili qəzaya düşərək aşıb, ölən var

Dövlət Agentliyinə məxsus yük avtomobili qəzaya düşərək aşıb, ölən var Bakıda yol qəzası baş verib.
Hadisə
5 Yanvar , 2021 15:38
Dövlət Agentliyinə məxsus yük avtomobili qəzaya düşərək aşıb, ölən var

Fövqəladə Hallar Nazirliyi (FHN) Bakıda baş verən qəza ilə bağlı məlumat yayıb.

FHN-in Mətbuat xidmətindən “Report”a bildirilib ki, Nazirliyin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonunda KİA markalı minik avtomobilinin UAZ markalı yük avtomobilinə çarpılması barədə məlumat daxil olub.

Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan 1 nəfərin (şəxsiyyəti dəqiqləşdirilir) meyitini deformasiyaya uğrayan minik avtomobilindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

10:14

Bakıda yol qəzası baş verib.

“Report”un xəbərinə görə, hadisə Binəqədi rayonu ərazisində, Bakı Beynəlxalq Avtovağzal Kompleksinin yaxınlığında qeydə alınıb.

Belə ki, minik avtomobili ilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) məxsus UAZ markalı yük avtomobili toqquşub. Nəticədə yük maşını aşıb, avtomobildə olan şəxslər xəsarət alıb. Hər iki maşına isə ciddi ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi