Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin (DƏMX) əməkdaşı Səfərov Nazim Tanırverdi oğlu 57 yaşında vəfat edib.
"Report" xəbər verir ki, bu barədə qurumun rəsmi feysbuk hesabında məlumat yayılıb.
Qeyd olunub ki, N.Səfərov 2004-ci ildən etibarən Xidmətdə çalışıb. Xidmətin Aparatının baş məsləhətçisi, 23 saylı region üzrə Dövlət Əmək Müfəttişliyinin rəis müavini, 2019-cu ilin dekabr ayından etibarən isə Xidmətin Bakı Şəhər İdarəsinin sektor müdiri vəzifəsində işləyib.
Allah rəhmət eləsin!