DSX: Dövlət sərhədində içərisində narkotik vasitə olan bağlama aşkarlanıb

DSX: Dövlət sərhədində içərisində narkotik vasitə olan bağlama aşkarlanıb Dövlət sərhədlərinin mühafizəsinin təmin edilməsi, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində sər­həd mühafizə və əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Hadisə
7 Yanvar , 2021 16:26
DSX: Dövlət sərhədində içərisində narkotik vasitə olan bağlama aşkarlanıb

Dövlət sərhədlərinin mühafizəsinin təmin edilməsi, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində sər­həd mühafizə və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzindən "Report"a bildirilib ki, yanvar ayının 2-də Sərhəd Qo­şun­larının “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində Yar­dımlı rayonunun Arus kəndinin yaxınlığında yerləşən sərhəd zasta­vasının xidməti sahəsində dövlət sərhədinin gücləndirilmiş mühafizəsinin təmin edilməsi üzrə keçirilmiş kompleks qoşun və əməliyyat-axtarış tədbirləri nəticəsində sərhədboyu ərazidə 1 ədəd sahibsiz bağlama aşkarlanıb.

Bağlamaya baxış zamanı təxmini çəkisi 1 kiloqram 400 qram narkotik vasitə heroinə oxşar maddə aşkar edilərək götürül­üb.

Fakt üzrə zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Son xəbərlər

Orphus sistemi